Dövlətin dəstəyi ilə iş quran Xocəsən sakini: Fəaliyyətimi genişləndirməyi planlaşdırıram

0
9090

Binəqədi rayonunun Xocəsən qəsəbəsində yaşayan Aysel Əhədova gözəllik salonu işlədir. Onun sözlərinə görə, bu sahədə fəaliyyətini genişləndirmək məqsədilə 4 il əvvəl Dövlət Məşğulluq Agentliyinə müraciət edib.

Bineqedi.com xəbər verir ki, bu barədə məlumat verən A.Əhədova qeyd edib ki, müraciət əsasında 2022-ci ilin avqust ayında ona gözəllik salonu üçün zəruri avadanlıqlar verilib. Layihə çərçivəsində təqdim edilən avadanlıqlar bir il müddətində müvafiq qurum tərəfindən nəzarətdə saxlanılıb və fəaliyyət mütəmadi olaraq yoxlanılıb. Müddət başa çatdıqdan sonra isə həmin avadanlıqlar kiçik sahibkarın mülkiyyətinə verilib.

Hazırda Aysel Əhədova salonu təkbaşına idarə edir. O bildirib ki, salonun qəsəbə ərazisində yerləşməsi səbəbindən müştəri axını istənilən səviyyədə deyil. Buna baxmayaraq, fəaliyyətini davam etdirərək həm öz məşğulluğunu təmin edir, həm də gələcəkdə fəaliyyətini genişləndirməyi planlaşdırır.

Qeyd edək ki, Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 72 min 600 gənci münasib işlə təmin edib. Özünüməşğulluq proqramı gənclərin kiçik sahibkarlığa çıxışında mühüm rola malikdir. Son 1 ildə həmin proqram çərçivəsində daha 2500 gəncə aktivlər verilməklə onlar üçün müxtəlif iqtisadi fəaliyyət sahələri üzrə kiçik bizneslər qurulub. 9500-dək gənc isə agentliyin peşə hazırlığı kurslarına cəlb edilərək, müasir əmək bazarının tələblərinə uyğun peşələrə yiyələnib.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində növbəti qəbul – FOTO
Növbəti məqalədəBu şəxslərə aylıq gəlirdə 400 manatlıq güzəşt tətbiq EDİLƏCƏK