Dövlət işində çalışanların maaşları ilə bağlı – Yeni qərar

0
9091
manat

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri müəyyənləşdiriləcək.

Bineqedi.com “Trend”ə istinadən xəbər verir ki, bununla bağlı Maliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Belə ki, Maliyyə Nazirliyi icra prosesində müəyyən ediləcək aidiyyəti dövlət orqanları (dövlətin hüquqi şəxsləri) ilə razılaşdırmaqla dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, habelə fəaliyyətindən əldə olunan gəlirləri hesabına verilən vəzifə maaşına əlavələrin, mükafatların və digər ödənişlərin yuxarı hədləri ilə bağlı təkliflərini 5 ay müddətində Nazirlər Kabinetinə təqdim etməlidir.

Əvvəlki məqaləAğdaban faciəsindən 34 il ötür
Növbəti məqalədəAzərbaycanda gömrük sahəsində malların ikipilləli buraxılış mexanizmi tətbiq olunacaq – EKSKLÜZİV