Binəqədidə “Əbədiyaşar qəhrəman” adlı tədbir keçirilib – FOTO

0
9879
İlqar Məmmədov adına 298 № li tam orta məktəbdə şəhidin 52-ci ildönümü münasibətilə “Əbədiyaşar qəhrəman” adlı tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə şəhidin anası Şərifə Məmmədova və ailə üzvləri, millət vəkili Elşad Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbov, şəhidin qohumları, sinif yoldaşları, məktəbin müəllim və şagird kollektivi iştirak etdilər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin, torpaqlarımızın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canlarından keçərək ən uca zirvə-şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndi.
Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Vüsal Məhərrəmov şəhidlərin əziz xatirəsinin daim uca tutulmasının vacibliyini vurğulayaraq onların qəhrəmanlıq yolunun gənc nəslə nümunə olduğunu qeyd etdi.
Daha sonra çıxış edən-millət vəkili Elşad Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini-Ərazi təşkilat və ictimai-siyasi məsələlər şöbəsinin müdiri Sevinc Süleymanova, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Binəqədi rayon şöbəsinin sədri İlham Qayıbov, müəllim Tuqay Rzazadə şəhid İlqar Məmmədovun həyat yolu, vətənə bağlılığı, göstərdiyi igidlik və fədakarlıq barədə fikirlərini bölüşdülər. Natiqlər onun vətənpərvər, mərd və yüksək mənəvi keyfiyyətlərə malik bir gənc olduğunu və vətən uğrunda şəhid olanların qanının yerdə qalmadığını vurğuladılar.
Tədbirin bədii hissəsində şəhid İlqar Məmmədovun əziz xatirəsinə həsr olunmuş “Əbədiyaşar qəhrəman” adlı ədəbi-bədii kompozisiyada şagirdlərin ifasında vətənpərvərlik ruhunda şeirlər və musiqi nömrələri təqdim edildi.
Sonda tədbir iştirakçıları şəhid İlqar Məmmədovun büstü önünə gül dəstələri düzərək onun əziz xatirəsini dərin ehtiramla yad etdilər.
Bir bir və ya daha çox şəxs, Brandenburq qapısı və mətn şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Bir mətn şəkili ola bilər
Şəkilin açıqlaması yoxdur.
Əvvəlki məqaləAzərbaycan-İran münasibətlərində həmrəylik: diplomatik və humanitar dəstəyin təzahürü – ŞƏRH
Növbəti məqalədəOrxan Səttarov Prezidentin Mətbuat katibi təyin edildi – FOTO