Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO

0
11004
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Qəsəbə sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən M.Cəlal küçəsi 105 saylı ünvanda mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, Hacıbababəyov küçəsi 11 saylı binanın qarşısında olan lyukun ətrafının bərpası, Koroğlu küçəsində küçə işıqlarının bərpası, M.Ə.Rəsulzadə qəsəbəsi, Koroğlu küçəsi, 1-ci döngə, ev 24 olan işıq dirəyinin çıxarılması, Karvan küçəsi ünvanında yağışdan sonra yaranmış çökəklərin aradan qaldırılması, R.Aboyev adına parkın ərazisində olan küçə heyvanlarının ərazidən kənarlaşdıırlması, H.Hacıyev küçəsi 36 ünvanında evin qarşısında olan ağacın budanması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir kostyum şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və platforma şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqaləHərbi xidmətlə bağlı yeni QAYDA – SƏRƏNCAM
Növbəti məqalədəXərçəngin müalicəsində peyvənd dövrü: Azərbaycanda tətbiq olunacaq? – VİDEO