Hikmət Hacıyev: “Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub”

0
9880
hikmet-haciyev

“Bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub”.

Bineqedi.com  “Report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda keçirilən panel sessiyasında deyib.

O bildirib ki, Azərbaycan Ermənistanla olan münaqişəni həll edib:

“Bölgədə sabitlik təmin edilib və Azərbaycan öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb”.

Hikmət Hacıyev Azərbaycanın öz müstəqilliyini qoruyub sülhü geri gətirdiyini deyib:

“Azərbaycan Ermənistanla olan münaqişəni həll etdi, bölgədə sabitliyi təmin etdi və öz ərazi bütövlüyünü qorudu. Hazırda sülhün bərqərar olunması istiqamətində mühüm addımlar atılıb. Artıq bu gün Cənubi Qafqaz regionu daha sabit və sülhə yaxın bir mərhələyə qədəm qoyub”.

***

“Regionda təkcə ikitərəfli deyil, üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda keçirilən panel sessiyada deyib.

O qeyd edib ki, Azərbaycan bölgədə ölkələrin öz nizamını qurmalı olduğunu deyib:

“Digərləri bizim üçün gündəm yaratmamalıdır. Ortaq məsuliyyətlər var. Bölgəmizdə çoxlu qardaş ölkələr var. İnteqrasiya mütləq olmalıdır”.

Hikmət Hacıyev əlavə edib ki, ikitərəfli münasibətlər bölgədə əsas yer tutsa da üç və çoxtərəfli əməkdaşlıq fayda verə bilər.

“Türkiyə və Azərbaycan arasında bu münasibətlər önəmli yerdədir. Azərbaycan-İran, Türkiyə-Azərbaycan-Gürcüstan, Türkiyə-Azərbaycan-İran münasibətlərini də burada daxil edə bilərik”.

Əvvəlki məqaləBakıdan Kürdəmirə bilet – Cəmi 11.10 manata…
Növbəti məqalədəHərbi xidmətlə bağlı yeni QAYDA – SƏRƏNCAM