Metrodakı problem insanları çətin vəziyyətdə qoydu – Fotolar-Video

0
9088
metro

Baş verən texniki nasazlıq digər nəqliyyat vasitələri ilə gedişi də çətinləşdirib.

Bineqedi.com  xəbər verir ki, həmçinin problem paytaxt küçələrində sıxlığa səbəb olub.

Nəticədə əsas yol hərəkəti istiqamətlərində əlavə yüklənmə qeydə alınıb. Xüsusilə “28 May” və “Elmlər Akademiyası” stansiyaları ətrafında sərnişin axını artıb. İnsanlar mənzil başına getməkdə çətinlik yaşayır.

***

Bakı Metropoliteninin bütün stansiyalarında sərnişinlərin girişinə müvəqqəti məhdudiyyət tətbiq edilib.

Bu barədə qurum məlumat yayıb.

İlkin məlumata əsasən, bu gün saat 12:10 radələrində “Ulduz-Nərimanov” mənzilində təmas relsinə yüksək gərginliyin verilməsində nasazlıq yaranıb.

Təhlükəsizlik məqsədilə “Ulduz” və “Nərimanov” stansiyalarında sərnişinlərin təxliyəsi həyata keçirilir. Bu səbəbdən qatarların “Nərimanov-Əhmədli” istiqamətində hərəkəti məhdudlaşdırılıb.

Hazırda problemin aradan qaldırılması və gərginliyin bərpası istiqamətində tədbirlər görülür.

***

Qurumun yaydığı növbəti məlumata görə, “Qara Qarayev-Nərimanov” mənzilində tuneldə qalan qatarlardan sərnişinlərin evakuasiyası təhlükəsiz şəkildə həyata keçirilib.

Bildirilib ki, texniki nasazlığın aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir.

 


Əvvəlki məqaləBelçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar
Növbəti məqalədəOnlar 1500 manat cərimə ediləcək