Binəqədidə Zərifə Əliyevanın xatirəsi anıldı – Foto

0
9090
Binəqədi rayonunda yerləşən akademik Zərifə Əliyeva adına istirahət parkında Azərbaycan tibb elminin inkişafında müstəsna xidmətləri olan görkəmli alim, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 103 illiyi münasibətilə abidəsi ziyarət olundu.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, millət vəkili Kəmaləddin Qafarov, Məlahət İbrahimqızı, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmaylov, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Binəqədi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvləri, hüquq-mühafizə orqanlarının, təhsil, səhiyyə müəssisələrinin, bələdiyyələrin kollektivi, gənclər və rayon ictimaiyyəti iştirak etdilər.
Tədbir iştirakçıları akademik Zərifə xanım Əliyevanın adını daşıyan parkda görkəmli alimin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsinə dərin ehtiramlarını bildirdilər.
Görkəmli akademik Zərifə xanım Əliyevanın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində əbədi yaşayacaqdır.
Bir abidə şəkili ola bilər
Bir abidə şəkili ola bilər
Bir abidə şəkili ola bilər
Bir Naməlum əsgərin məzarı şəkili ola bilər
Bir bir və ya daha çox şəxs şəkili ola bilər
Əvvəlki məqalə1 yaşlı körpəyə ölümündən əvvəl qoturluq diaqnozu təyin olunub – Rəsmi
Növbəti məqalədəKirayə mənzillərin qiymətində ARTIM GÖZLƏNİLİR?