Azərbaycanın yeni Ombudsmanı – Səbinə Əliyeva oldu

0
125
ombudsman-sebine-eliyeva

Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) adı məlum olub. Belə ki, səsvermə nəticəsində Səbinə Əliyeva Azərbaycanın yeni İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Bineqedi.info xəbər verir ki, Səbinə Yaşar qızı Əliyeva 7 may 1980-ci ildə doğulub. İxtisasca hüquqşünasdır. S. Əliyeva hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsinə malikdir. O, “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

Eyni zamanda 3-cü dərəcə Dövlət müşaviridir. Yeni təyinatından əvvəl Konstitusiya Məhkəməsi Aparatının rəhbərinin müavini vəzifəsini tutub.

Qeyd edək ki, Səbinə Əliyeva Milli Məclisin deputatı Siyavuş Novruzovun həyat yoldaşıdır. O, Milli Məclıisin sabiq vitse-spikeri, Azərbaycanın Çindəki keçmiş səfiri Yaşar Əliyevin qızıdır.

Xatırladaq ki, hazırda Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovadır. O, 2002-ci ildən Ombudsmandır. Onun səlahiyyət müddəti 2017-ci il martın 5-də bitib.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyəti başçısının növbəti vətəndaş qəbulu keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar tədbir keçirilib