Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyevin 6-cı mikrorayon sakinləri ilə səyyar qəbulu keçirildi.
Bineqedi.com xəbər verir ki, görüşdə Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Aparatın məsul şəxsləri, bələdiyyə, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin, xidmət sahələrinin rəhbərləri iştirak etdilər.
Rayon İcra Hakimiyyəti başçısı ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlər barədə vətəndaşlara ətraflı məlumatlar verdi. Mikrorayon sakinləri bundan öncəki görüşlərdə qaldırılmış problemlərin müsbət həlli ilə bağlı dövlət başçısına öz təşəkkürlərini bildirdilər.
Daha sonra RİH başçısı Elxan Allahverdiyev görüşdə iştirak edən sakinlərin M.Cəlal küçəsi 105 saylı ünvanda zirzəminin dezinfeksiya olunması, sahibsiz küçə heyvanlarının ərazidən götürülməsi və mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, S.Məmmədova küçəsi 205B saylı ünvanda 2 ədəd oturacağın quraşdırılması, A.Məmmədov 115 və 119 saylı ünvanlarda (85 saylı avtobus dayanacağı) mövcud işıq dirəklərində lampaların dəyişdirilməsi, H.Babaşov küçəsi 19 və 6 saylı ünvanlarda ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, Ü.Hacıbəyov küçəsi 2A saylı ünvanda zirzəmidə kanalizasiya xəttində tutulmanın qarşısının alınması üçün xətlərin əsaslı təmiri, M.Cəlal küçəsi 41 saylı ünvanda ADSEA tərəfindən aparılan qazıntı işlərindən sonra asfalt örtüyünün vurulması, Ü.Hacıbəyov küçəsi 2A saylı ünvanda suyun təzyiqinin aşağı olması ilə əlaqədar aidiyyəti qurumlara müvafiq tapşırıqlar verdi.





















