“Dünya ictimaiyyəti, əsasən, kolonial və neokolonial siyasətlər deyəndə daha çox siyasi fəsadlara və böhranlara fokuslanır. Halbuki kolonializmin həm iqtisadi, həm mədəni, həm dini, həm də ətraf mühitə vurduğu zərərlər var. Urbanizasiya kontekstində isə mənzil böhranı da bu fəsadları yaradan əsas elementlərdən biridir”.
Bineqedi.com xəbər verir ki, bu sözləri Oxu.Az-a açıqlamasında Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası çərçivəsində (WUF13) Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
“Təəssüf ki, bu gün kolonializm ciddi problemlər yaradır. Əsas elementlərdən biri də urbanizasiyadır. Biz də beynəlxalq təşkilatlara burada keçirilən tədbirlər və hazırladığımız hesabatlar vasitəsilə çatdırmaq istəyirik ki, kolonializmin müxtəlif sahələrdə çox böyük fəsadları var. Bu gün Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunda da bu sahədə kolonializmin yaratdığı problemləri dünya ictimaiyyətinə çatdırmaq vacibdir”, – deyə icraçı direktor vurğulayıb.
“Bakı Təşəbbüs Qrupu (BTQ) kolonial və neokolonial siyasətlərin törətdiyi fəsadlar və böhranlar üzrə proqramlar çərçivəsində müxtəlif beynəlxalq layihələr həyata keçirir. Bunlar 2019-cu ildən etibarən reallaşır. Bu gün isə Ümumdünya Şəhərsalma Forumu (WUF13) çərçivəsində təşkil etdiyimiz tədbirimiz kolonial ədalətsizlik və mənzil böhranına həsr olunub”.
Bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru Abbas Abbasov deyib.
O bildirib ki, BTQ beynəlxalq təşkilatların gündəmində kolonial siyasətlərin müxtəlif sahələrdə yaratdığı vəziyyət haqqında hesabatlar hazırlayıb təqdim edir və bu fəaliyyət davamlı olacaq:
“Sabahkı tədbirimiz gənclərin urbanizasiyadakı rolundan həsr ediləcək. Eyni zamanda yaxın vaxtlarda Bakıda Qlobal Cənub Gənclər Platformasının ilk rəsmi görüşü baş tutacaq. Hazırda əsas diqqət bu iki toplantının hazırlığına yönəlib”.
















