Motosikletçilər həmin yolda – Bu qədər ödəniş edəcək

0
9090
bineqedi-yol-temir-novxani

Ödənişli avtomobil yollarında motosikletlər üçün qiymətlər müəyyənləşdirilib.

Bineqedi.com xəbər verir ki, bununla bağlı Tarif Şurasının sədri Mikayıl Cabbarov Qərar imzalayıb.

Qərara əsasən, avtomobil yolunun 1 km ödənişli hissəsi üzrə motosiklet nəqliyyat vasitələrinin gedişi üçün ödənişin məbləği Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolu üzrə 4,65 qəpik, M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolu üzrə isə 5 qəpik müəyyən olunması qərara alınıb.

Qeyd edilib ki, bu ödənişlərdən daxil olan vəsait təsdiq edilən bölgü əsasında ödənişli avtomagistralların və müvafiq ödəniş məntəqələrinin, habelə respublika və yerli əhəmiyyətli avtomobil yollarının saxlanılması, qorunması və təmiri, ödənişli avtomagistralların idarə olunması, avtomobil yollarının layihələndirilməsi, yenidən qurulması və tikintisi ilə bağlı xərclərin maliyyələşdirilməsi məqsədilə istifadə olunur.

Əvvəlki məqaləDövlət-özəl tərəfdaşlığı: Aqrar sektorun inkişafında yeni mərhələ – TƏHLİL
Növbəti məqalədəRusiyanın Ermənistana artan sanksiyaları – İrəvan Moskva üçün “əldən gedir” – ŞƏRH