Paytaxtda tıxacları azaldacaq nəhəng layihə: Yeni prospekt inşa edilir

0
9089
bineqedi-baksol-yolu.png

Mehdiabad-Baksol-Ziya Bünyadov prospekti avtomobil yolunun gələcəkdə 8 Noyabr prospekti ilə birləşdirilməsi nəzərdə tutulur.

Bineqedi.com xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Qeyd olunub ki, layihə çərçivəsində Abşeronun şimal-qərb hissəsi Bakının şərq və cənub-qərb istiqamətləri ilə birbaşa əlaqələndiriləcək. Yeni yolun Heydər Əliyev prospektinə qədər uzadılması planlaşdırılır.

Məlumata görə, inşa ediləcək magistral Mehdiabad və Binəqədi istiqamətindən başlayaraq Binəqədi şosesi ilə birləşəcək və şəhərdaxili nəqliyyat axınının daha balanslı paylanmasına imkan yaradacaq.

Layihənin həyata keçirilməsi nəticəsində xüsusilə Binəqədi, 20 Yanvar və Ziya Bünyadov prospekti istiqamətində müşahidə olunan sıxlığın azalacağı, alternativ marşrutların formalaşacağı bildirilir.

Əvvəlki məqaləAzərbaycan 16 ildən sonra yenidən IsDB Qrupunun əsas beynəlxalq tədbirinə ev sahibliyi edir