Binəqədidə Dövlət Qulluqçularının Peşə bayramı münasibətilə tədbir keçirilib – Foto

0
9090
Binəqədi Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun – Dövlət Qulluqçularının Peşə Bayramı münasibətilə tədbir keçirildi.
Bineqedi.com xəbər verir ki, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Elxan Allahverdiyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti başçısı Aparatının əməkdaşları, Rayon İcra Hakimiyyəti başçısının qəsəbə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir ümummilli lider Heydər Əliyevin, ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra açıq elan olundu.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev çıxışında dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik edərək qeyd etdi ki, Azərbaycanda müasir dövlət qulluğu sisteminin formalaşdırılması və inkişafı bilavasitə ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər dövlət idarəçiliyində peşəkarlığın, məsuliyyətin, vətəndaşa xidmət prinsiplərinin və milli maraqlara sadiqliyin əsas meyar kimi qəbul olunmasının təməlini qoymuşdur. Məhz Ulu Öndərin müəyyən etdiyi dövlətçilik konsepsiyası Azərbaycanda güclü və səmərəli idarəetmə modelinin formalaşmasına şərait yaradıb. Azərbaycanda dövlət qulluğu sahəsində aparılan islahatların ən mühüm nəticələrindən biri 2000-ci il iyulun 21-də “Dövlət qulluğu haqqında” Qanunun qəbul edilməsidir və 23 İyun-Dövlət Qulluqçularının Peşə Bayramı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə təsis edilmişdir. Ölkəmizdə müasir tələblərə cavab verən dövlət idraəetmə sistemi qurulub, hakimiyyətin bütün qollarının funksiyaları dəqiq müəyyən edilib, vətəndaşların hüquq və azadlıqlarının qorunması, təmin olunması üçün zəruri təsisatlar yaradılıb. Ölkəmizin idarəetmə sistemində mühüm və aparıcı rol oynayan dövlət qulluqçuları həmişə olduğu kimi, bu gün də müstəqilliyimizin və dövlətçiliyimizin möhkəmlənməsinə öz töhfələrini verirlər. Rayon İcra Hakimiyyəti başçısı bu şərəfli işdə bütün dövlət qulluqçularını təbrik edərək, onlara gələcək fəaliyyətlərində yüksək nailiyyətlər arzuladı.
Tədbirin sonunda rayonun ictimai həyatında səmərəli fəaliyyətlərinə görə fərqlənən bir qrup dövlət qulluqçusu Fəxri Fərman və hədiyyələrə təltif olundu. Dövlət qulluqçuları onlara göstərilən diqqətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildirdilər.
Şəkilin açıqlaması yoxdur.
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, xəbər otağı, platforma və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Əvvəlki məqaləPA-nın Vətəndaş Qəbulu Mərkəzində iyul ayı üzrə qəbul cədvəli