Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Qurbanov Binəqədi rayonunda torpağa tapşırılıb – FOTO

0
9879
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Akif Cəbrayıl oğlu Qurbanov Binəqədi rayonunun Sulutəpə qəsəbəsində yerləşən Şəhidlər Xiyabanında dəfn olundu.
Bineqedi.com xəbər verir ki, dəfn mərasimində şəhidin ailə üzvləri, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, millət vəkilləri-Kəmaləddin Qafarov, Məlahət İbrahimqızı, Səbinə Xasayeva, Elşad Musayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavinləri və Aparatın məsul əməkdaşları, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, müharibə veteranları, şəhid ailələri, qazilər və sakinlər iştirak etdilər.
İtkin şəhid yaylım atəşinin və hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himninin sədaları altında torpağa tapşırıldı, onun ruhuna dualar oxundu, məzarının üzərinə əklillər qoyularaq gül dəstələri düzüldü.
Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhidin ailə üzvlərinə başsağlığı verərək Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi, suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət, ailələrinə və xalqımıza səbir dilədilər.
Şəhidin tabutunun büküldüyü Azərbaycan bayrağı şəhidin qardaşına təqdim olundu.
Şəhidin ailə üzvləri qardaşı ilə fəxr etdiklərini, onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya dərin təşəkkürlərini və minnətdarlıqlarını bildirdilər.
Birinci Qarabağ müharibəsi şəhidi Akif Qurbanov 1975-ci il oktyabrın 29-da Xırdalan şəhərində anadan olub. O, 1994-cü il aprelin 26-da Ağdam rayonunun Şotlanlı kəndi istiqamətində gedən döyüşlərdə itkin düşüb.
Dövlətimizin müstəqilliyi, torpaqlarımızın ərazi bütövlüyü, suverenliyi uğrunda canını fəda etmiş Şəhidlərimizin ruhu qarşısında ehtiramla baş əyir, onlara Uca Tanrıdan rəhmət diləyirik!
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və bunu deyən yazı "QURBANOV AKİF CABRAYIL CaBRAYILOĞLU OĞLU" şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir abidə və mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Bir mətn şəkili ola bilər
Əvvəlki məqaləElxan Allahverdiyevin M.Ə.Rəsulzadə qəsəbə sakinləri ilə səyyar qəbulu keçirilib – FOTO