Bakıda ölümlə nəticələnən bədbəxt hadisələr baş verib.
Bineqedi.com xəbər verir ki, avqustun 27-si saat 16 radələrində 1986-cı il təvəllüdlü Mərdan Balaxan oğlu Əhmədov Binəqədi şosesi 57-də işlədiyi poladtökmə zavodunda elektrik cərəyanı vurması nəticəsində ölüb.
Oxşar hadisə paytaxtın Sabunçu rayonunda da baş verib.
Avqustun 26-sı saat 18 radələrində 1990-cı il təvəllüdlü Əlabbas Səməndər oğlu Niftalıyev Ramana qəsəbəsinin ərazisində kamera quraşdırarkən onu elektrik cərəyanı vurub. Xəstəxanaya çatdırılan 36 yaşlı şəxs orada ölüb.
Hər iki faktla bağlı araşdırma aparılır.

















