44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası ilə nəticələnən tarixi prosesin mühüm mərhələləri olub.
Bu əməliyyatlarda Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının hərbi qulluqçuları və polis əməkdaşları da qarşıya qoyulan döyüş tapşırıqlarını yüksək peşəkarlıq, cəsarət və fədakarlıqla yerinə yetiriblər.
Onların döyüş yolu, şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların nümayiş etdirdiyi əzmkarlıq Azərbaycanın Zəfər salnaməsində xüsusi yer tutur.
Daha ətraflı AZƏRTAC-ın videomaterialında:





















