Bakıda itkin düşmüş 29 yaşlı qadın tapılıb. Hadisə dekabrın 21-də saat 18 radələrində paytaxtın Binəqədi rayon ərazisində qeydə alınıb. Belə ki, Abşeron rayon sakini, 1990-cı il təvəllüdlü N.Məlikova müalicə olunduğu xəstəxandan çıxaraq itkin düşüb. Daha sonra qadının yaxınları hüquq-mühafizə orqanları əməkdaşlarına müraciət ediblər.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri müvafiq tədbirləri nəticəsində N.Məlikova tapılaraq ailəsinə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.report