İcbari Sığortaya keçid Bakı və rayonlar üzrə bu tarixdə olacaq – SİYAHI

0
69
icbari-sigorta

Nazirlər Kabineti icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı qərarını şərh edib.

Qərar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanının 2.2-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanıb.

“Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda edilən son dəyişikliklərə əsasən icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli şəkildə tətbiq olunması nəzərdə tutulub.

Nazirlər Kabinetinin müvafiq Qərarı həmin mərhələləri müəyyən edir və ölkənin şəhər və rayonlarında icbari tibbi sığortaya keçidin konkret müddətlərini dəqiqləşdirir.

 Qərarda bu prosesin aşağıdakı göstərilən 4 mərhələdə aparılması və 2020-ci ildə tamamlanması nəzərdə tutulub:

1. 2020-ci ilin yanvar – mart aylarında Naxçıvan Muxtar Respublikasının şəhər və rayonlarında, Mingəçevir şəhərində, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Yevlax və Ağdaş rayonlarında.

2. 2020-ci ilin aprel – iyun aylarında Gəncə, Naftalan və Xankəndi şəhərlərində, Göygöl, Goranboy, Daşkəsən, Samux, Şəmkir, Qazax, Ağstafa, Gədəbəy, Tovuz, Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Füzuli, Beyləqan, Xocalı, Şuşa, Laçın, Xocavənd, Kəlbəcər, Ağdərə, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilan rayonlarında.

3. 2020-ci ilin iyul – sentyabr aylarında Şirvan şəhərində, Lənkəran, Masallı, Lerik, Yardımlı, Astara, Cəlilabad, Salyan, Neftçala, Biləsuvar, İmişli, Saatlı, Hacıqabul və Sabirabad rayonlarında.
4. 2020-ci ilin oktyabr – dekabr aylarında Bakı, Sumqayıt şəhərlərində və Abşeron rayonunda.

İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə mərhələli qaydada tətbiqi vətəndaşlara xidmətlər zərfi çərçivəsində ilkin səhiyyə xidmətinin, təcili və təxirəsalınmaz tibbi yardım xidmətinin, ambulator və stasionar, o cümlədən dəyəri yüksək olan həyati vacib tibbi xidmətlərin göstərilməsinin daha effektiv tənzimlənməsini və ölkənin icbari tibbi sığortaya tam hazırlıqlı olmasını təmin edəcəkdir.modern.az

Əvvəlki məqaləBinəqədidə aztəminatlı ailələrə yardım – Fotolar
Növbəti məqalədəBinəqədili idmançıların beynəlxalq yarışlarda növbəti uğuru – Fotolar