“Söyüş söymə, xanımdan ayıbdır” dedi, bıçaqlanıb öldürüldü – Binəqədidə qətl

0
52
meyit-qetl

Bakının Binəqəqdi rayonunda qətl törətməkdə təqsirləndirilən Pərvin Çərkəzovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Binəqədi.info-nun məlumatına görə, report xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mirzə Xankişiyevin icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Hadisə bu il iyunun 24-də Binəqədi rayonu, Ağamalıyev küçəsi, 6 saylı binanın qarşısında baş verib. Abdullayev Kamran Azad oğlunun bud nahiyəsinə bir bıçaq xəsarəti yetirilib. K. Abdullayev Kliniki Tibbi Mərkəzə çatdırılanda qan itirdiyinə görə ölüb.

Operativ-istintaq qrupu təhqiqat zamanı müəyyən edib ki, qətli daha əvvəl oğurluğa və avtomobil qaçırmağa görə mühakimə olunmuş 22 yaşlı Çərkəzov Pərvin Pərviz oğlu törədib.

İlkin məlumata görə, qeyd edilən şəxslər daha əvvəl bir-birini tanımayıblar. Hadisə şahidlərinin sözlərinə görə, iki gənc arasında münaqişə ədəbsiz ifadələrin işlədilməsinə görə baş verib. Qızla gəzən K.Abdullayev telefonda kiminləsə kobud danışan P.Çərkəzovun yanından keçəndə ona narazılığını bildirib. O, P.Çərkəzovu əxlaqlı olmağa çağırıb. P.Çərkəzov iraddan sonra cibindən bıçağı çıxararaq K.Abdullayevə zərbə endirib. P.Çərkəzov hadisə yerindən qaçsa da, tutularaq istintaqa cəlb edilib.

Ona Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

Əvvəlki məqaləBinəqədidə naməlum şəxslər kişini başına daşla vuraraq döyüblər
Növbəti məqalədəBinəqədidə daha bir küçə asfaltlanır – Fotolar