Binəqədidə siqaret ölümə səbəb oldu – Təfərrüat

0
41
toy-dava-qetl-yas-olum-dem-qazi-zeherlenme

Bakının Binəqədi rayonunda bir nəfərin ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Bineqedi.info saytı xəbər verir ki, bu barədə Oxu.Az-a rayon polis şöbəsindən məlumat daxil olub.

Hələlik, 6 fevral saat 04:50 radələrində Binəqədi qəsəbəsində yaşayan 50 yaşlı Zeynalov Nizami Arifşah oğlunun öz yatağında ölmüş vəziyyətdə tapıldığı məlumdur.

İlkin məlumatlara görə, o, yatmazdan əvvəl siqaret çəkib, lakin yatağın yanında olan kül qabındakı siqaretin kötüyünü tamamilə söndürməyib.

Nəticədə yorğan tüstülənməyə başlayıb və Zeynalov yuxuda ikən tüstüdən boğularaq ölüb.

Faktla bağlı istintaq davam edir.

Əvvəlki məqaləBinəqədi Rayon İcra Hakimiyyətində vətəndaşların qəbulu keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə ferma yanıb