Binəqədidə “Qan ver, həyat qurtar” – Qanvermə aksiyası

0
48
bineqedi-qanverme

Heyder Əliyev Fondu, Milli Hematalogiya və Transfuziologiya Mərkəzi, Binəqədi Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 19 fevral 2020-ci il tarixində Binəqədi rayonundakı 6 nömrəli Birləşmiş Şəhər Xəstəxanasında “Qan ver, həyat qurtar” şüarı altında qanvermə aksiyası baş tutub. Bineqedi.info saytına verilən məlumata görə, talassemiyalı və hemofiliyalı xəstələrə yardım məqsədilə keçirilən bu aksiyada Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev və rayonda fəaliyyət göstərən bütün idarə, müəssisə və təşkilatların rəhbərləri, gənclər, o cümlədən ictimaiyyətin nümayəndələri yüksək həvəslə və könüllü olaraq iştirak edərək, qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu nəcib və humanist xarakterli aksiyaya qoşulublar. Ezam olunmuş Mərkəzi Qan Bankının tibbi briqadasının həkim-hemotoloqları tərəfindən hər bir donorun sağlamlığı öncədən müəyyən olunub.

bineqedi-qanverme1

Ümumilikdə aksiyada 350 nəfərdən çox insan iştirak edib. Aksiyada yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.
Məlumat üçün qeyd edək ki, Talassemiya Mərkəzi 2009–cu ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılıb. Talassemiya Mərkəzinin yaradılması, mərkəzdə göstərilən xidmət yüzlərlə bu xəstəlikdən əziyyət çəkən insanlara dövlətimizin diqqət və qayğısının əsas göstəricisidir.

bineqedi-qanverme2

Əvvəlki məqaləBinəqədidə 3 qardaş kütləvi dava zamanı bıçaqlanıb
Növbəti məqalədəBinəqədidə çayxanada bıçaqlanma – Cinayət işi açıldı