Binəqədidə bu küçə və həyətlərdə dezinfeksiya tədbirləri aparılıb

0
42
yeddinci-mikrorayon-dezinfeksiya

Koronavirus infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə Binəqədi rayonunun Ağasadıq Gəraybəyli, Səttar Bəhlulzadə küçələrində məcburi köçkünlərin məskunlaşdığı yataqxanalarda və Abay Kunanbayev 3 ünvanındakı abad həyətdə dezinfeksiya tədbirləri həyata keçirilib.

Bineqedi.info saytına verilən məlumata görə, dezinfeksiya işləri zamanı yaşayış binalarının girişi ümumi istifadədə olan yerlər, həyət və yaşayış məhəllələri xüsusi maddələrlə dezinfeksiya olunub.

Məlumat üçün qeyd edək ki, kommunal xidmət qurumları tərəfindən rayonumuzda xüsusi dezinfeksiyaedici maddələrlə küçə və prospektlərin, binaların dezinfeksiya işləri mütəmadi olaraq həyata keçirilir.

Bineqedi.info
Əvvəlki məqaləAzərbaycanda xüsusi karantin rejimi – Nələrə qadağa qoyulur?
Növbəti məqalədəBinəqədidə kirayədə yaşayan qadını döyən kişi barədə cinayət işi açılıb – Təfərrüat