Mikayıl Cabbarov: “Koronavirusa görə vətəndaşlara birbaşa maliyyə yardımı ediləcək”

0
61
mikayil-cabbarov

“Biz bu gün 9 proqram ortaya qoymuşuq. Təbii olaraq ilk növbədə zərərçəkmiş sahələrin müəyyənləşdirilməsi işini ön plana çəkmişik. Bu, 4 böyük sektoru və 20 fəaliyyət sahəsini əhatə edir”. 

Bineqedi.info xəbər verir ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov Azərbaycan Televiziyasına müsahibəsində bildirib ki, ən çox zərərçəkmiş, əhəmiyyətli dərəcədə zərərçəkmiş, minimal və heç zərərçəkməmiş iqtisadiyyatın sahələrini müəyyənləşdirilib:

“Birinci və əhatəli olan proqram 304 min muzdlu işçini və 44 min sahibkarlıq subyektini əhatə edən proqramdır. Proqramın əsas məntiqi fəlsəfəsi ondan ibarətdir ki, həmin subyektlərin işçilərinin əməkhaqqlarının əhəmiyyətli hissəsinin verilməsi üçün dövlət tərəfindən maddi yardım edilməsidir. Burada biz işçinin real maaşını və ya respublika üzrə orta aylıq əmək haqqını götürürük.

Bilirsiniz ki, yanvar ayının nəticələrinə görə, artıq orta aylıq əməkhaqqı 700 manatdan yuxarı olub. Bu proqramın fəlsəfəsinə görə, aylıq əməkhaqqı fondunun 50%-nə bərabər olan hissəsi birbaşa maliyyə ayrılması şəklində sahibkarlara, həmin müəssisələrə təklif edilir”.

“Bu dövrdə günəmuzd işləyən imkansız vətəndaşlarımız var. Onlar heç də narahat olmasınlar”. Bu fikirləri isə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

Qurum rəsmisi bildirib ki, sosial müdafiə ilə bağlı paketin müzakirəsinin son mərhələsidir:

“Bu kateqoriyadan olan vətəndaşlar dövlətin himayəsindədirlər. Düşünməsinlər ki, dövlət onları unudub. Bu paket elan ediləcək”.

Bineqedi.info

Əvvəlki məqaləAzərbaycanda vətəndaşların küçəyə çıxışı məhdudlaşdırıldı – Yeni qaydalar
Növbəti məqalədəBinəqədidə vətəndaşlar maarifləndirilir: #evdəqal