Koronavirus epidemiyasının Azərbaycanda törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə tətbiq edilən karantin rejimi ilə əlaqədar evdən çıxması qadağan edilən 65 yaşdan yuxarı tənha sakinlərə Binəqədi rayonunda yardımlar davam edir.
Bineqedi.info saytına verilən məlumata görə, “Məmmədoğulları” QSC-nin dəstəyi, Binəqədi Rayon İcra Hakimiyyətinin və Biləcəri Bələdiyyəsinin təşkilatçılığı ilə müxtəlif çeşidli ərzaq bağlamaları çatdırılıb.
Eyni zamanda, sakinlərə koronavirus təhlükəsi və ondan qorunma üsulları barədə də ətraflı məlumat verilib.
Bineqedi.info