Binəqədinin “28 May” qəsəbəsi ərazisində yerləşən, paytaxt sakini Qüdrət Alıyevə məxsus “İstanbul Mall” geyim mağazasının gizli şəkildə işlədiyi məlum olub.
Bineqedi.info saytı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata istinadən xəbər verir ki, obyektə baxış zamanı mağazanın sahibi, orada olan müştərilər və işçilər ümumilikdə 8 nəfər müəyyən edilərək bölməyə gətirilib.
Xüsusi karantin qaydalarını pozan obyekt sahibi Q.Alıyev və digər şəxslər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə tədbir görülərək cərimə ediliblər.
Bineqedi.info