“Maska taxmayıb məsafə saxlamayanlara qarşı ciddi tədbirlər görüləcək” – Prezident

0
41

“Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun. Karantin rejiminin yumşaldılması o demək deyil ki, karantin başa çatıb.  Xeyr. Karantin rejimi mayın 31-dək ən azı qüvvədə olacaq”.

Bineqedi.info xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün Bakıda modul tipli xəstəxananın açılışında çıxış edərkən deyib.

Prezident qeyd edib ki, əgər lazım olarsa karantin rejimi uzadılacaq: “Ona görə son günlərin mənzərəsi sözün düzü, məni üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur. Əgər bu dinamika kəskin artarsa, mən bunu açıq demək istəyirəm və hər kəs bunu bilsin, biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik.  Vəziyyəti sərtləşdirəcəyik. Qaydaları pozanlara qarşı daha ciddi cəza tədbirləri görüləcək ki, biz vəziyyəti daim nəzarətdə saxlayaq. Aprelin 27-dən və mayın 4-dən daha da yumşaq rejim qüvvədədir. Ancaq biz nəyi görürük? Onu görürük ki, bəzi məsuliyyətsiz vətəndaşlar heç bir qaydalara əməl etmirlər. Maska taxmırlar, məsafə saxlamırlar. Özlərini elə aparırlar ki, virus sanki artıq məhv olub. Buna qətiyyən yol vermək olmaz. Ona görə bu adamlara qarşı ciddi tədbirlər görüləcək. Hamı bunu bilsin və nəticə çıxartsın. Biz imkan verə bilmərik ki,  hansısa məsuliyyətsiz vətəndaşlara görə insanların həyatını risk altına salaq. Qətiyyən mümkün deyil”.

 

Əvvəlki məqaləBu il qəbul imtahanı bir dəfə keçiriləcək – Tarix açıqlandı
Növbəti məqalədəBinəqədidə motosiklet xəndəyə aşdı, xəsarət alan var