Binəqədi sakini Prezident İlham Əliyevə təşəkkür məktubu ünvanlayıb

0
50

Prezident İlham Əliyevin rəsmi elektron poçtuna Azərbaycanın müxtəlif şəhər və rayonlarından, qəsəbələrindən, kəndlərindən məktublar gəlir.

Bineqedi.info saytı paytaxtın Binəqədi rayon sakini  Süleymanova Turanə İlham qızının Prezindentə ünvanladığı məktubu təqdim edir:

Hörmətli cənab Prezident.

Yaşadığımız son günlər bizə ailəmizin, sevdiklərimizin sağlam canla yanımızda olmasının bizim üçün ən böyük xoşbəxtliyin olduğunu öyrətdi. Belə çətin günlərdə ailəni bir yerdə tutan, qoruyan ailə başçısıdır.

Azərbaycan xalqı böyük bir ailədir. Siz də bu gözəl ailənin qayğıkeş, mərd, düşüncəli, xalqına böyük sevgi bəsləyən başçısısınız.

Ölkəmizin Sizin kimi Prezidenti olduğu üçün qürur duyuruq. Hər ölkənin başçısı var, ancaq hər ölkənin Sizin kimi rəhbəri yoxdur. Bütün dünya bu çətin günlərdə buna bir daha şahid oldu. Nə yaxşı ki, varsınız. Bu gözəl ailəmizi qoruduğunuz, çəkdiyiniz bütün zəhmətlər üçün Azərbaycan xalqı olaraq Sizə minnətdarıq. Sizi çox sevirik. Sizə və ailənizə sağlam can, uzun ömür arzulayırıq.

Hörmətlə, Süleymanova Turanə İlham qızı.

Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu.

 

Əvvəlki məqaləBinəqədi rayonunda dezinfeksiya işləri davam etdirilir – FOTO
Növbəti məqalədəFaşizm üzərində qələbədən 75 il ötür