1941-1945-ci illər Böyük Vətən müharibəsində faşizm üzərində qazanılmış qələbənin 75 illiyi ilə münasibətilə Binəqədi rayon sakinləri olan müharibə veteranlarına medalları təqdim edilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Binəqədi rayon idarəsinin rəsi müavini Müseyib İbrahimov,YAP Binəqədi rayon təşkilatı Gənclər Birliyinin sədri Anar Əliyev iştirak edib.
Müharibə veteranları onlara göstərilən diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyeva öz təşəkkürlərini bildiriblər.
Bineqedi.info