Binəqədidə avtoxuliqanlıq edən sürücü həbs edildi

0
67
polis-masini-hebs-cinayet

Bakının Binəqədi rayonunda dövlət qeydiyyat nişanı olmadan “Ravon” markalı nəqliyyat vasitəsinin sürücüsünün hərəkətləri ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər Bakı Şəhər Baş Polis İdarəsində araşdırılıb.

Bineqedi.info saytı report-a istinadən xəbər verir ki, həmin nəqliyyat vasitəsini 1987-ci il təvəllüdlü Zahir Zalov dövlət qeydiyyat nişanı olmadan idarə etdiyinə, Binəqədi qəsəbəsində avtoxuliqanlıq hərəkətlərinə, digər avtomobillərə maddi ziyan vurduğuna görə ona “saxla” işarəsi verilib. Sürət həddini aşaraq təhlükəli manevrlər edən sürücü yol polisinin dəfələrlə “saxla” işarəsi verməsinə məhəl qoymayaraq hərəkətlərini davam etdirib.

Keçirilən müvafiq tədbirlərlə ərazidə süni sıxlıq yaradılaraq nəqliyyat vasitəsi saxlanılıb. Sürücü barəsində müvafiq araşdırmalar aparılmaqla onun barəsində İXM-in 511, 535-ci maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilib. Sürücü barəsində toplanan materiallar rayon məhkəməsinə göndərilib. Binəqədi Rayon Məhkəməsinin qərarı ilə Z.Zalov bir il sürücülük hüququndan məhrum edilməkə, barəsində 30 gün müddətinə həbs inzibati tənbeh növü tətbiq edilib.

Əvvəlki məqaləOnlayn videotəqdimat müsabiqəsinə start verilib
Növbəti məqalədə“İDEA” İctimai Birliyinin gənc könüllüləri Binəqədidə tibbi maska paylayır – Fotolar