Binəqədidə dəniz kənarında karantin qaydalarını pozan kafe aşkarlandı – FOTO

0
127
kafe

Paytaxtın Binəqədi rayonunda xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müəyyən olunan vaxtdan kənar, sosial məsafənin, mövcud preventiv tədbirlərin şərtlərinin pozulması ilə müşayiət olunan kafelər aşkar edilib.                                                      Bineqedi.info saytı apa-ya istinadən xəbər verir ki, Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsi, Post Patrul Xidməti və 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə ayrı-ayrılıqda Rəşid İsmayılov küçəsi 11-də adsız, Novxanı qəsəbəsində “Liman” kafesinin sahibləri və müştəriləri inzibati məsuliyyətə cəlb olunublar. Ümumilikdə, 10 nəfər saxlanılaraq barələrində qanunvericiliyə uyğun tədbirlər görülüb. İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq, obyekt sahiblərindən Elmir Xanlarov 1500 manat, digərləri 100 manat cərimə olunublar.

Əvvəlki məqaləBinəqədidə “Virtual gənclik” Digital Forumu keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə 2-3 hektar sahə yanıb