Binəqədi məktəbləri: 182 nömrəli tam orta məktəb barədə məlumatlar – Fotolar

0
407
bineqedi-182-sayli-orta-mekteb-

Binəqədi rayonu 182 nömrəli tam orta məktəb 1962-ci ildə istifadəyə verilib. Məktəbin binası 2014-2015-ci tədris ilində əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilib. Yeni təmirdən çıxmış məktəbin açılışında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iştirak edib.

Bineqedi.info saytının məlumatına görə, məktəbdə tədris kabinetləri, laboratoriyalar da daxil olmaqla 116 sinif otağı mövcuddur. Burada fizika, kimya, biologiya laboratoriyaları fəaliyyət göstərməkdədir. Məktəbdə müəllimlərin sayı 274, şagirdlərin sayı isə 4 mindən çoxdur.

Məktəbin direktoru Tağıyeva Zinyət Vəli qızıdır. O, 1957-ci ildə Bakı şəhərində anadan olub. 1964-cü ildə Bakı şəhəri Binəqədi qəsəbəsində yerləşən 179 №li tam orta məktəbin 1-ci sinfinə daxil olub,1972-ci ildə 8-ci sinfi bitirib.Təhsilini davam etdirmək üçün 1972-ci ildə 182 №li tam orta məktəbin 9-cu sinfinə daxil olub,1974-cü ildə 10-cu sinfi bitirib. 1975-ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinə qəbul olub, 1983-cü ildə filoloq ixtisası alaraq təhsilini başa vurub. 1979-cu ildən Binəqədi rayonu 182№li tam orta məktəbə komsomol katibi vəzifəsinə təyin olunub. 1991-ci ildən 182 №li tam orta məktəbdə direktor vəzifəsində çalışır. 1999-cu ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. Hazırda Yeni Azərbaycan Partiyasında şura üzvüdür.

Binəqədi rayonu 182 nömrəli tam orta məktəbin əlaqə telefonu: 012-411-11-82          Email: 182mekteb@bakuedu.gov.az                                                                              Ünvan: Ramazanov küçəsi 84.

Bineqedi.info

bineqedi-182-sayli-orta-mekteb-sinif

bineqedi-182-sayli-orta-mekteb-sinif

bineqedi-182-sayli-orta-mekteb-sinif

Əvvəlki məqaləBinəqədidə “Futbol” birinciliyi keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədidə narkotik alveri ilə məşğul olan şəxslər tutuldu