Bakı şəhərinin Binəqədi rayonunda ümumi sahəsi 3600 m² olan üçmərtəbəli binanın xarici divarına vurulan alkopandan ibarət üzlük 100 m² sahədə və yol kənarında təkər tullantıları 150 m² sahədə yanıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyindən Bineqedi.info-ya verilən məlumatda bildirilib.
Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bineqedi.info