21 yaşlı gənci bıçaqlayan şəxsin cinayət işi məhkəməyə göndərilib

0
63
cinayet

Bakıda adam öldürməyə cəhddə təqsirləndirilən Orxan Əliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Bineqedi.info-ya verilən məlumata görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hakim Mirzə Xankişiyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində yerləşən “Tayqa” marketin yaxınlığında baş verib. Belə ki, 1998-ci il təvəllüdlü Rüstəmov Zaman Qərib oğlu çoxsaylı bıçaq xəsarətləri ilə ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Daxil olan məlumat əsasında aparılan araşdırma nəticəsində məlum olub ki, R.Zamanov şəxsi münasibətlər zəminində Əliyev Elxan Orxan oğlu tərəfindən bıçaqlanıb.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məsəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb, E.Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.

Cinayət işi sonradan 29, 120.2-ci (xuluqanlıq niyyəti ilə qəsdən adam öldürməyə cəhd) maddəsinə tövsif edilərək Binəqədi Rayon Prokurorluğunun icraatına verilib.

Əvvəlki məqaləBinəqədidə əl qumbarası aşkarlandı
Növbəti məqalədəBinəqədi rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirilib – Fotolar