Prezident Ramiz Göyüşova medal verdi: “Qürur hissi keçirirəm”

0
93

Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunduğuna görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

Bineqedi.info xəbər verir ki, R. Göyüşov AzNews.az-a açıqlamasında bu hadisədən iftixar və qürur hissi keçirdiyini deyib.

ramiz-goyusov-medal

“Bu yüksək mükafatı qəbul edərkən Cumhuriyyət qurucularının – Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun, Məmməd Əmin Rəsulzadənin, Nəsib bəy Yusifbəylinin və digərlərinin, müasir müstəqil Azərbaycanın xilaskarı, memarı və qurucusu ümummilli liderimiz Heydər Əliyevin parlaq xatirələrini ehtiramla yad edir, onların ruhları qarşısında baş əyirəm.

Bu mürəkkəb tarixi şəraitdə Cumhuriyyətin qurucuları və ümummilli liderimiz Heydər Əliyev tərəfindən əmanət edilmiş milli dövlətimizin başında duran möhtərəm cənab İlham Əliyevə bu çətin, məsuliyyətli və şərəfli işində uğurlar arzu edirəm.

Tanrı Azərbaycanımızı və Prezidentimizi qorusun”, – deyə Ramiz Göyüşov bildirib.

Əvvəlki məqaləBinəqədi rayonunda uşaqlar üçün xeyriyyə tədbiri keçirilib – Fotolar
Növbəti məqalədəBinəqədi rayonunda həyat yoldaşı ilə birlikdə oğurluq edən şəxs tutulub – DİN