Binəqədidə antisanitar şəraitdə fəaliyyət göstərən çörək sexi aşkarlanıb

0
65

Qida Təhlükəsizliyi Agentliyinə paytaxtın Binəqədi rayonundakı 2-ci Mədən küçəsi, 89, mənzil 48 ünvanında yerləşən fiziki şəxs Babayev Mehman Şirinbala oğluna məxsus çörək istehsalı sexindən şikayət daxil olub. Daxil olan şikayət əsasında qeyd olunan ərazidə monitorinq keçirilib.

Agentliyin informasiya təminatı və innovativ həllər şöbəsindən Bineqedi.info-ya verilən məlumata görə, monitorinq zamanı ilkin baxış keçirilərkən qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərən çörək sexində istehsalın normativ texniki şərtlərə uyğun aparılmadığı, sanitar-gigiyena və texniki-normativ sənədlərin tələblərinə əməl edilmədiyi aşkarlanıb. Müəssisədə ilkin emal sahəsi olmadığına görə unun ələnmədən birbaşa xəmir qarışdırıcıya töküldüyü, soyutma sahəsi olmadığna görə isə çörəklərin həyətdə açıq hava şəraitində rəflərə yığıldığı müəyyən edilib. Baxış zamanı emal sahəsində istifadə olunan xammal və hazır məhsulların laborator analizlərinin aparılmadığı və mənşəyinin məlum olmadığı müəyyənləşib.

Eyni zamanda, müəssisədə çörəklərin markalanması zamanı istehlakçı hüquqlarının kobud şəkildə pozulduğu, istehsal tarixinin məhsulun istehsal edildiyi gün əvəzinə bir gün sonrakı tarixə vurulduğu və məhsullara əsassız olaraq saxlanma müddətinin 96 saat qeyd olunduğu aşkar edilib.

Aşkar edilən nöqsanlar əsasında çörək istehsalı sexinin fəaliyyəti məhdudlaşdırılıb və məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyalarına göndərilib.

Faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində araşdırmalar davam etdirilir.

Əvvəlki məqaləBinəqədi rayonunda həyat yoldaşı ilə birlikdə oğurluq edən şəxs tutulub – DİN
Növbəti məqalədəBinəqədidə 12 yaşlı uşaq itkin düşüb