Paşinyan oğlunu Qarabağdan qaçırdı

0
45
pasinyan-nikol-qarabag

Ermənistanın baş naziri Nikol Paşinyan oğlu Aşotun Qarabağda vuruşması ilə bağlı az qala hər gün danışır, bunu xüsusilə vurğulayır.

Aşot Paşinyan da son günlərdə Ermənistanın müxtəlif telekanallarının “gənc ulduz”una çevrilmişdi.

O, gah əlində avtomat səngərdə o yan bu yana qaçır, gah mazğalın qarşısında durub binoklla “azərbaycanlıların mövqelərinə baxır”, gah da “Ermənistan ordusunun şücaət”indən, “erməni könüllülərin qəhrəmanlığı”ndan bəhs edirdi.

Ermənistan vətəndaşlarının çoxu bu görüntülərin propaqanda olduğunu düşünsələr də, İrəvanın təbliğat maşını “kiçik Paşinyan”ı qəhrəman obrazının daxilinə yerləşdirməyə can atırdı.

Lakin indi o mexanizm işləklik əmsalını aşağı salıb.

Səbəb sadədir: Qarabağda döyüşlərin Ermənistan üçün çox təhlükəli, hətta fəlakətli vəziyyət almasından dolayı, Aşot Nikoloviç Paşinyan dünən günorta saatlarında Dağlıq Qarabağdan çıxarılıb.

O, hazırda Meğri şəhərindəki otellərdən birindədir. Otel ciddi mühafizə olunur.

N.Paşinyanın göstərişinə əsasən, oğlu yalnız “xüsusi çəkilişlər” üçün Qarabağa aparılacaq, çəkiliş başa çatan kimi geri qaytarılacaq.milli.az

Əvvəlki məqaləBu gün 530 yeni yoluxma faktı qeydə alınıb
Növbəti məqalədəBakı DYP-dən vətəndaşlara XƏBƏRDARLIQ