Bu gün Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bineqedi.info saytı reporta istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.
Yolu keçən 1963-cü il təvəllüdlü Muradova Tahirə Yolçu qızını minik avtomobili vurub.
Yaralı təcili yardımın köməkliyi ilə 3 Saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb, müayinə zamanı ona qarının küt travması diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.
Bineqedi.info