Paytaxtın Binəqədi rayonunda evə qaz xətti çəkən şəxs ölüb.
Binəqədi rayonu İsfahani küçəsində yerləşən fərdi yaşayış evinə qaz xətti çəkən Xəqani Eyvazov bədbəxt hadisə nəticəsində vəfat edib.
1984-cü il təvəllüdlü X. Eyvazov hasarın üstü ilə sayğacdan evə qaz xətti çəkərkən yıxılıb və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.