Bakı sakinindən saxta əsginaslar və narkotik vasitə aşkarlanıb.
Bineqedi.info xəbər verir ki, bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini N.Hüseynovdan 2 ədəd 100 manat, 1 ədəd 20 manat, 1 ədəd 5 manat saxta əsginas və 2,6 qramdan artıq heroin, həmçinin elektron tərəzi aşkar edilərək götürülüb.
Bineqedi.info