Binəqədi rayonunda məişət əşyaları və avtomobildən akkumulyator oğurlayan şəxs məsuliyyətə cəlb olunub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bineqedi.info saytına verilən məlumata görə, yanvarın 7-dən 17-dək olan müddətdə rayon ərazisindəki həyətyanı sahədən məişət əşyaları və avtomobildən akkumulyator oğurlamaqda şübhəli bilinən paytaxt sakini R.Mirzəxanov Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı rayon polis şöbəsində araşdırma aparılır.
Bineqedi.info