9 saylı Binəqədi İkinci Seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilmiş Kəmaləddin Qafarov, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov və M. Ə. Rəsulzadə Qəsəbə Bələdiyyəsinin sədri Hümbət Hüseynov 2-ci Vətən Müharibəsində Vətənin harayına hay verərək onun azadlığı, tamlığı uğrunda canından keçən şəhidimiz Hüseynov Rövşən Kazım oğlunun ailəsini ziyarət ediblər.
Bineqedi.info xəbər verir ki, ziyarət zamanı qeyd olundu ki, şəhidlərimizin fədakarlığı xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillər üçün qəhrəmanlıq məktəbi olacaqdır. Şəhid adını uca tutmaq isə hamımızın vətəndaşlıq borcudur.
Hüseynov Rövşən Kazım oğlu 21 avqust 1995-ci ildə Qərbi Azərbaycanın Hamamlı (Spitak) rayonu Qursalı kəndində dünyaya göz açıb.
Hərbi xidmətini müharibədən 4 ay əvvəl başa vurmasına baxmayaraq könüllü olaraq ön cəbhəyə yollanıb və 23 oktyabrda Cəbrayılda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Bineqedi.info
https://www.youtube.com/watch?v=skNjPlC3g2M