Binəqədi rayonunda 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib – Fotolar

0
39

Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi, rayon gənclər və idman idarəsinin təşkilatçılığı ilə Binəqədi Gənclər evində 5 mart – Bədən Tərbiyəsi və İdman Günü münasibətilə tədbir keçirilib.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev çıxış edərək bildirib ki, rayonda yeniyetmə və gənclərin sağlamlığının qorunması, kütləvi bədən tərbiyəsi və idmanın inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər bu sahədə görülən işlərin səmərəliliyinin artırılmasında mühüm əhəmiyyət daşıyır.
Sonra Binəqədi rayonunda həyata keçirilən idman tədbirlərində fəal iştirakına, gənc nəslin fiziki və mənəvi cəhətdən sağlam yetişdirilməsində göstərdiyi xidmətlərə görə bir qrup şəxs, o cümlədən rayon orta ümumtəhsil məktəblərinin fiziki tərbiyə müəllimləri, rayonda fəaliyyət göstərən idman klublarının məşqçi-müəllimləri fəxri fərmanla təltif ediliblər.

Bineqedi.info Bineqedi gencler Bineqedi

Əvvəlki məqaləYAP-ın VII qurultayı keçirilib, İlham Əliyev yenidən sədr seçilib
Növbəti məqalədəPrezident Administrasiyasına yeni səlahiyyətlər verildi