Binəqədi rayonunda fəaliyyət göstərən tibb müəssisələrində “Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası”na uyğun olaraq vaksinasiya prosesi uğurla davam etdirilir.
Bineqedi.info saytı xəbər verir ki, Binəqədi Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə “Binəqədi Gənclər evi” sosial xidmət müəssisəsinin fəal gəncləri tərəfindən rayonunun müxtəlif ərazilərində yaşı 40-dan yuxarı olan vətəndaşlar arasında peyvəndləmənin vacibliyi və əhəmiyyəti barədə maarifləndirmə işləri aparılır.
Bineqedi.info