“Qarşıdan gələn bayram günlərində heç bir məhdudiyyət tətbiq olunmayacaq”.
Bineqedi.info xəbər verir ki, bunu Operativ Qərargahın brifinqində səhiyyə naziri səlahiyyətlərini müvəqqəti icra edən Teymur Musayev deyib.
O bildirib ki, yalnız ictimai nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq: “Bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarıdır”.