Binəqədidə “Uşağın tərbiyəsində ailə mühitinin rolu” adlı onlayn tədbir keçirilib – FOTOLAR

0
53
Binəqədi Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “15 May – Beynəlxalq Ailə Günü”nə həsr olunmuş “Uşağın tərbiyəsində ailə mühitinin rolu” adlı onlayn tədbir keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, tədbirdə Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Ailə Problemləri şöbəsinin müdiri Gülnarə Məmmədova, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının Aparat rəhbəri Sevinc Abdullayeva, “Narınc Psixologiya Mərkəzi”nin təsisçisi və direktoru Narınc Rüstəmova, Binəqədi rayon Ağbircəklər Şurasının sədri Almaz Hacıyeva, 83 saylı məktəb-liseyin psixoloqu Aynur Məmmədova, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev, “Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustayev, orta ümumtəhsil məktəblərinin direktorları, psixoloqları və yuxarı sinif şagirdləri, məktəbəqədər təhsil müəssisələrinin müdirləri, mədəniyyət müəssisələrinin rəhbərləri, ictimai birliklərin rəhbərləri və gənclər iştirak ediblər.
Bir 12 nəfər, ekran və mətn şəkili ola bilər
Tədbirdə vətənimizin azadlığı, müstəqilliyi, ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hazırladığı video-çarx nümayiş etdirildi. Sonra tədbirdə iştirak edən çıxışçılar milli mənəvi dəyərlərin qorunub saxlanmasından, ailədə qadın və kişinin üzərinə düşən məsuliyyətdən, ailə həyatı qurarkən düzgün seçimin vacibliyindən, zərərli vərdişlərin insan sağlamlığında yaratdığı fəsadlardan bəhs edərək, bu tip tədbirlərin keçirilməsində əsas məqsədin gənclərə sağlam həyat tərzinin təbliğ olunmasının vacibliyini vurğulayaraq, xoşbəxt ailələrin sayının çoxalması təməli güclü olan “xoşbəxt uşaqların sayının çoxalması deməkdir” prinsipinin vacibliyini tədbir iştirakçılarının diqqətinə çatdırdılar.
Bir 14 nəfər və mətn şəkili ola bilər
Çıxışlardan sonra tədbir iştirakçıları arasında mövzu ətrafında müzakirələr aparılmış, gəncləri maraqlandıran suallar cavablandırılmışdır.
15 May – “Beynəlxalq Ailə Günü” münasibətilə rayon ərazisində “Ailəmiz ən dəyərli xəzinəmizdir!” yazılı baner asılmış, həmçinin yeniyetmə və gənclər arasında ailə dəyərləri ilə bağlı maarifləndirici və təbliğat işləri aparılaraq flayerlər paylanıb.
Bineqedi.info
Bir 15 nəfər və mətn şəkili ola bilər
Bir bir və ya daha çox şəxs, ayaqüstə duran insanlar və açıq Havada şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir bir və ya daha çox şəxs və ayaqüstə duran insanlar şəkili ola bilər
Bir 10 nəfər, uşaq, ayaqüstə duran insanlar və mətn şəkili ola bilər
Bir açıq Havada şəkili ola bilər
Əvvəlki məqaləYAP Binəqədi rayon təşkilatında “Dəmir Yumruq” filmi nümayiş olunub – FOTOLAR
Növbəti məqalədəPrezidentdən yeni təyinatlar – SƏRƏNCAM