Binəqədi rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində təhlükəsizlik tədbirlərinin gücləndirilməsi məqsədilə iclas keçirilib.
Bineqedi.info saytına verilən məlumata görə, iclasda Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev, Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar Nazirliklərinin Binəqədi rayon idarələrinin və hüquq mühafizə orqanlarının rəhbər şəxsləri, RİH başçısının Qəsəbə və Sahə inzibati ərazi dairələri üzrə nümayəndəlikləri, Binəqədi Rayon Mənzil Kommunal təsərrüfat birliyi və digər aidiyyəti qurumlar iştirak ediblər.
Tədbir zamanı rayon ərazisində fövqəladə hallara qarşı qabaqlayıcı təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə yüksək gərginlikli hava elektrik ötürücü xəttlər, qaz təchizatı sahəsində magistral və xarici qaz boru kəmərləri, eyni zamanda, meşə təsərrüfatı və digər ekoloji strateji yerlərin mühafizəsi və digər məsələlər müzakirə olunub.
Həmçinin qeyd edək ki, aidiyyəti qurumlara məişət və sənay tullantılarının ərazidən vaxtında təmizlənməsi üçün müvafiq tapşırıqlar verilib.
Bineqedi.info