Güclü külək Binəqədidə ağacları aşırıb – Foto

0
42

Bakıda ötən gündən əsməyə başlayan güclü külək nəticəsində 2 ağac kökündən çıxaraq aşıb.

Bineqedi.info xəbər verir ki, bunu Trend-ə Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov deyib.

Onun sözlərinə görə, hadisə Binəqədi rayonunda qeydə alınıb.

O.Məmmədov əlavə edib ki, güclü külək nəticəsində Bakının müxtəlif ərazilərində 7 ağacın budaqları sınıb.

Şöbə rəisi iyulun 22-dən birliyin gücləndirilmiş iş rejimində çalışdığını, hazırda birliyin əməkdaşlarının fəsadların aradan qaldırılması üçün səfərbər olunduğunu söyləyib.

Əvvəlki məqaləBinəqədidə Milli Mətbuat Günü münasibətilə 300-dən çox ağac əkilib
Növbəti məqalədəBinəqədidə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş turnir keçirilib