Binəqədidə rəsm müsabiqəsi keçirilib

0
97

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası, “Olimpiya dünyası” qəzeti ilə birgə “İdman və Ədalətli Oyunlar” mövzusunda onlayn rəsm müsabiqəsinin Binəqədi rayon mərhələsi keçirilmişdir.

Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, yeniyetmə və gənclərin arasında idmanın kütləviliyinin, sağlam həyat tərzinin təbliği, istedadlı yeniyetmə və gənlərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmək üçün şəraitin yaradılması və asudə vaxtın səmərəliliyinin təşkil olunmasıdır.
– Müsabiqənin nəticəsinə əsasən;
Kiçik yaş qrupu üzrə:

1.Axmedov Taner 115 nömrəli tam orta məktəbin 6r sinif şagirdi – 1-ci yer;
2.Həsənzadə Nuray 102 nömrəli tam orta məktəbin 6d sinif şagirdi – 2-ci yer;
3.Abuşova Nəzrin 103 nömrəli tam orta məktəbin 5b sinif şagirdi -3-cü yerə layiq görülmüşlər.

Orta yaş qrupu üzrə;
1.Qəribova Səidə 313 nömrəli tam orta məktəbin 7f sinif şagirdi -1-ci yer;
2.Əlibəyova Şəfa 299 nömrəli məktəb liseyin 8f sinif şagirdi – 2-ci yer;
3.Musayeva Fatimə 314 nömrəli tam orta məktəbin 6b sinif şagirdi – 3-cü yerə layiq görülmüşlər.

Müsabiqədə fərqlənən iştirakçılar:
1.Əhmədzadə Amil – 244 nömrəli tam orta məktəbin 2e sinif şagirdi
2.Ərəblinski Duyğu – 99 nömrəli tam orta məktəbin 3b sinif şagirdi
3.Məmmədova Yasəmən – 300 nömrəli tam orta məktəbin 7a sinif şagirdi
4.Nağdəliyeva Həcərxanım – 244 nömrəli tam orta məktəbin 5ə sinif şagirdi
5.Həsrətova Xədicə – 299 nömrəli məktəb liseyin 8ç sinif şagirdi
6.Sadıqlı Selin – 276 nömrəli tam orta məktəbin 7d sinif şagirdi
7.Bağırova Safura – 135 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdi
8.Cəfərova Aygün – 99 nömrəli tam orta məktəbin 9b sinif şagirdi
9.İskəndərova Şəbnəm – 244 nömrəli tam orta məktəbin 8a sinif şagirdi
10.Sadıqova Samirə – 205 nömrəli tam orta məktəbin 9a sinif şagirdi
Müsabiqədə Qalib gələn və Fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli Diplomlar və müxtəlif hədiyyələrlə mükafatlandırılmışlar.

Bineqedi.info

Əvvəlki məqaləAbituriyentlərin NƏZƏRİNƏ: DİM bəzi imtahanların vaxtını dəyişdirdi
Növbəti məqalədəErməni təcavüzü nəticəsində zərər dəymiş obyektlərin bərpasına 30 milyon manat ayrıldı – SƏRƏNCAM