Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 14-22 iyul 2021-ci il tarixlərində Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin yaranması günü münasibətilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında “Vətənim Azərbaycan” mövzusunda onlayn rəsm müsabiqəsi keçirilmişdir.
Bineqedi.info-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramından irəli gələn vəzifələrin yerinə yetirilməsi, böyüməkdə olan gənc nəslin doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, onlar arasında milli vətənpərvərlik ruhunun təbliğ oluması, yeniyetmə və gənclərimizdə mübarizə və qələbə əzminin yüksəldilməsi, vətənin hər bir qarış torpağının bizim üçün əziz olmasının aşılanması, istedadlı şagirdlərin rəsm sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır.
– Müsabiqənin nəticəsinə əsasən;
Kiçik yaş qrupu üzrə;
1.Sətdarlı Sübhan -301 nömrəli tam orta məktəbin-4a sinif şagirdi 1-ci yer;
2.Tağıyev Hüseyn -244 nömrəli tam orta məktəbin -4-cü sinif şagirdi 2-ci yer;
3.Sultanova Vəfa -103 nömrəli tam orta məktəbin -4e sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.
Orta yaş qrupu üzrə;
1.Qəribova Səidə -313 nömrəli tam orta məktəbin -7f sinif şagirdi 1-ci yer;
2.İskəndərova Şəbnəm -244 nömrəli tam orta məktəbin -8a sinif şagirdi 2-ci yer;
3.Xəlilli Leyla -244 nömrəli tam orta məktəbin -7b sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.
Böyük yaş qrup üzrə;
1.Cəfərova Aygün -99 nömrəli tam orta məktəbin -10-cu sinif şagirdi 1-ci yer;
2.Bağirova Safurə -135 nömrəli tam orta məktəbin -9a sinif şagirdi 2-ci yer;
3.Paşayeva Xəyalə -284 nömrəli tam orta məktəbin -9ə sinif şagirdi 3-cü yerə layiq görülmüşlər.
Müsabiqədə yer tutan və fərqlənən iştirakçılar Binəqədi rayon Gənclər və İdman İdarəsi tərəfindən müvafiq dərəcəli “Diplom” və “Fərqlənmə diplomu” ilə mükafatlandırılacaqlar.
Bineqedi.info