Ulu öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyinin yaradılması günü münasibətilə Binəqədi rayon Gənclər və İdman İdarəsində Rayonun gənclər siyasəti, ictimai, sosial və mədəni həyatında fərqlənən gənclərin mükafatlandırılma mərasimi təşkil olunmuşdur.
Bineqedi.info-ya verilən məlumata görə, tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev və fəal gənclər iştirak etmişdir.
Tədbirdə Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Namiq Tarverdiyev çıxış edərək ulu öndər Heydər Əliyevin 26 iyul 1994-cü il tarixli 179 saylı Fərmanı və Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 861 saylı qərarı ilə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması haqqında geniş məlumat verərək gənclərimizi bu gün münasibətilə təbrik etdi və gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Mükafatlandırma mərasimi pandemiya dövrünün tələblərinə ciddi şəkildə əməl etməklə, qanunvericiliklə nəzərdə tutulmuş qaydalara uyğun keçirilmişdir.
Bineqedi.info